Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib.
Bu barədə Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Modern.az