Salyanda 3 uşaq su çəninin altında qalıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Peyk kəndində qeydə alınıb. Belə ki, Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli, 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar. Bacı-qardaşın vəziyyətinin ağır olduğu bildirilir. Vəziyyətləri ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndəriliblər.
Modern.az