Evində odlu silah düzəldən 78 yaşlı kişi polis tərəfindən saxlanılıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Bakir Verdiyevi odlu silah hazırlaması barədə məlumat daxil olan kimi şübhəli şəxs qismində saxlayıblar. Onun evindən iki ədəd müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.
78 yaşlı Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu bildirib. Onun evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib.
Modern.az