Modern.az

"Zirə" Avroliqada daha bir mərhələ keçəcək" - Ramin Musayev

"Zirə" Avroliqada daha bir mərhələ keçəcək" - Ramin Musayev

29 İyun 2017, 23:53

"Avrokuboklara ilk dəfə vəsiqə qazanan komandamız qalib gəldi. Bu, sevindirici haldır. Düzdür, futbolçular arasında anlaşılmazlıq olurdu. Amma fərəhli haldır ki, yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərməyi bacardılar". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı üzərində qazandığı 2:0 hesablı qələbəni dəyərləndirərkən bildirib.

O bildirib ki, "Zirə" çempionat oyunlarında tam fərqli olacaq. Musayev Kervan Belforun oyununu fərqləndirib:

"Xüsusən, 10 nömrəli futbolçu məndə xoş təsir bağışladı. Bugünkü "Zirə" mənim çox xoşuma gəldi. İnanıram ki, ikinci təsnifat mərhələsini də keçə biləcəklər".

PFL rəhbəri xatırladıb ki, "Differdanj"a qarşı start heyətində 8 legionerlə çıxış etmiş "Zirə" Premyer Liqada limitlə əlaqədar bu qədər əcnəbi futbolçu oynada bilməz. Lakin o, gənc mütəxəssis kimi Ayxan Abbasova inandığını söyləyib:

"Hamı deyirdi ki, Ayxan avrokuboklarda uğur qazana bilməyəcək. Amma o, göstərdi ki, hazırlıqlıdır. Öz övladımız, öz yetirməmizdir. Mən Abbasovdan razı qaldım".

R.Musayev Azərbaycanın digər komandalarından da avrokuboklarda qələbə gözlədiyini deyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...