Modern.az

Bakıda torpaq bahalaşıb

Bakıda torpaq bahalaşıb

Aktual

30 İyun 2017, 00:56

Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb. Modern.az xəbər verir ki, bunu "Trend"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib.

Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur:

"Ancaq yayda qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan isə yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...