Bu gün Sumqayıtdan Bakıya gələn elektrik qatarı Xırdalan-Biləcəri istiqamətində adam vurub.
Bu haqda “Azərbaycan Dəmiryolları” QSC-nin İctimaiyyətlə ələqələr şöbəsinin rəhbəri Sevinc Qədirova Modern.az-a bildirib. Onun sözlərinə görə, hadisə saat 09:40-da baş verib.
“20-21 yaşlarında bir xanım qulağında qulaqcıqla qatar yolunu keçməyə çalışıb. Dəfələrlə siqnal verilsə də, o, buna əhəmiyyət verməyib. Həmin xanım ağır xəsarət almayıb. Sadəcə qatar ona toxunub. Hadisə yerinə təcili tibbi yardım çağrılıb və o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Orada piyadaların keçməsi üçün keçid yoxdur və biz dəfələrlə deyirik ki, ehtiyatlı olmaq lazımdır. Lakin buna fikir verilmir. Reyslərin üstündən keçirlər və nəticədə özlərini təhlükəyə atırlar”.
Modern.az