Modern.az

Ordunun 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi

Ordunun 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi

Aktual

30 İyun 2017, 13:52

Milli Məclisin iclasında Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar “1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna edilən əlavəyə baxılıb.

Modern.az-ın məlumatına görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur.

Qanuna təklif edilən əlavə sənədinə görə, yubiley medalına Silahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...