Modern.az

Gənc qız 4-cü mərtəbədən yıxıldı

Gənc qız 4-cü mərtəbədən yıxıldı

2 İyul 2017, 00:57

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 21 yaşlı Lamiyə Kamal qızı Əmənova yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında palaz təmizləyərkən yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...