Modern.az

Ağstafada "ZİL" yanıb

Ağstafada "ZİL" yanıb

2 İyul 2017, 09:34

Ağstafa rayonu, Köçəsgər kəndində yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ağstafa rayonu, Köçəsgər kəndində vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin arxa təkərləri və avtomobilin banına yığılmış 15 ton ot bağlamasının 10 tonu yanıb.

 

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...