Modern.az

Azərbaycandan ərik aparan yük maşını Rusiyada aşıb - FOTO

Azərbaycandan ərik aparan yük maşını Rusiyada aşıb - FOTO

2 İyul 2017, 17:12

Bu gün Rusiyada Azərbaycandan böyük həcmdə ərik aparan yük maşını aşıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına  görə, bu barədə “Novosti Rostova” məlumat yayıb.

 

Hadisə Rostovda Aksay körpüsündə baş verib. Sürücü idarəetməni itirib və yük maşını yana aşıb. Əriklərin olduğu yeşiklər yolu dağılıb. Ancaq sürücü özünü itirməyib, yol polisləri hadisə yerinə gələnə qədər sıradan çıxmamış ərik yeşiklərini toplayıb. Sürücü elə yolda ərik satış təşkil edib. Ərik yeşiklərinin biri 400 rubldan, nisbətən zədələnmiş əriklərin olduğu yeşiklərin biri isə 150 rubldan satılıb. 

 


Modern.az-

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi