“İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçirilməkdə davam edir, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alırlar.
Layihənin 2-ci günü gənclər Yoqo idmanında iştirak ediblər. iştirak ediblər. Daha sonra gün ərzində müxtəlif aktivitilər həyata keçirilib. İştirakçılar Anar müəllimin təqdimatında “Team building” (komanda yaradıcılığı) və Nicat müəllimin təqdimatında “Həmrəylik” mövzusunda təlimlərdə iştirak ediblər. Daha sonra Hiking edib, dağa dırmanıblar. Praktiki sessiya zamanı 8 komanda halında öz komandalarını təqdim ediblər. Gün sonunda tonqal qalanıb və tonqal ətrafında əyləncəli vaxt keçiriblər.
Layihənin 3-cü günü gənclərlə İslam həmrəyliyi mövzusunda Simulyasiya oyunu keçirilib. Daha sonra Axtar-tap intellektual oyunu üzrə gənc iştirakçılar yarışıblar. Praktiki sessiya zamanı hazırladıqları rəqsləri təqdim ediblər.
Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, “İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdıracağı 5-ci layihə olacaqdır. Bundan öncə “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri baş tutub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur. Məhz bu səbəbdən “İRƏLİ” İctimai Birliyi bu dəfə gəncləri “həmrəylik” adı altında toplayır. SAY:Gənclərin Həmrəylik Düşərgəsi layihəsi Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq əsas məqsəd olaraq müəyyən edilib.
Layihədə yarışan: “Muğam”, “Xarı bülbül”, “Nar”, “Kəpəz”, “Xəzri”, “Alov”, “Buta”, “Qobustan” kamandaları ümumilikdə 100-dən artıq gənci öz ətrafında toplayıb. Layihə 2017-ci il İslam Həmrəyliyi ilinə dəstək istiqamətindədir.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərsun Holdinq, Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda, 30 iyun tarixindən etibarən keçirilir.
Modern.az