Modern.az

BMT-nin Əhali Fondu jurnalistlər üçün növbəti təlim təşkil edir

BMT-nin Əhali Fondu jurnalistlər üçün növbəti təlim təşkil edir

3 İyul 2017, 15:00
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi "MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün "Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırıması və medianın rolu” mövzusunda təlim təşkil edəcək. Layihə Niderland Krallığının Azərbaycandakı səfriliyi tərəfindən dəstəklənir. 
 
 
6-7 iyul tarixlərində keçiriləcək təlim insan haqları, gender problemləri, gender əsaslı zorakılıq və s. bu kimi mövzularda yazan jurnalistləri cinslərin doğum nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir. Təlimin ardınca iştirakçı jurnalistlər arasında "ən yaxşı məqalə” müsabiqəsi təşkil olunacaq və müsabiqənin qalibləri mükafatlandırılacaq.
 
 
İştirak etmək istəyən mətbuat nümayəndələrindən iyul ayının 3-ü, saat 18.00-a özləri və təmsil etdikləri KİV haqqında məlumatı [email protected] ünvanına göndərmələri xahiş olunur. 
 
 
Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi