Modern.az

Palata büdcədə ən çox payı olan qurumu açıqlayıb

Palata büdcədə ən çox payı olan qurumu açıqlayıb

3 İyul 2017, 16:06

 

2017-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə ümumilikdə 5021720,0 min manat məbləğində vəsait daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” layihəyə verdiyi Rəydə öz əksini tapıb.

 

Rəydə göstərilib ki, qanunla müəyyən edilmiş illik proqnozun (16255000,0 min manat) 30,9%-nə bərabər, hesabat dövrü üzrə büdcə gəlirlərinin ÜDM-ə nisbəti isə 24,9%-ə bərabər olub.

Daxilolmaların 44,9%-i Vergilər Nazirliyinin, 15,1%-i Dövlət Gömrük Komitəsinin, 0,1%-i Əmlak Məsələləri Dövlət Komitəsinin, 37,7%-i Dövlət Neft Fondunun, 2,2%-i isə digər mənbələrin payına düşüb.

 

2017-ci il üçün müəyyən edilmiş illik və dörd aylıq (yanvar-aprel) proqnozların icrası vəziyyəti əsas mənbələr kimi Vergilər Nazirliyi və Gömrük Komitəsi üzrə artıqlaması ilə yerinə yetirilib.

 

2017-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsi gəlirlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 308124,3 min manat və ya 6,5%, o cümlədən, Vergilər Nazirliyi üzrə 51812,9 min manat və ya 2,3%, Dövlət Gömrük Komitəsi üzrə 113781,6 min manat və ya 17,7%, Dövlət Neft Fondu üzrə 135000,0 min manat və ya 7,7% artıb, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 65,6 min manat və ya 2,4% azalıb.

 

Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə təmin edilmiş vergi gəlirlərinin 2017-ci ilin yanvar-aprel ayları üzrə proqnoz göstəricilərinə qarşı icrası əsasən artıqlaması ilə təmin edilmiş, əlavə dəyər vergisi, aksizlər, eləcə də fiziki şəxslərin gəlir vergisi üzrə kəsirlər mövcud olub.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi