Modern.az

Elçin Əfəndiyevin qızı Türkiyədə federasiya rəhbəri ilə görüşdü

Elçin Əfəndiyevin qızı Türkiyədə federasiya rəhbəri ilə görüşdü

4 İyul 2017, 16:11

2017-ci il iyulun 4-də  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva Türk Dünyası Qazetəcilər Federasiyasının genel başqanı Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşmüşdür.

 

 

Görüşdə D.MenderesTürk Dünyası Qazetəcilər Federasiyasınınfəaliyyətindən, eləcə də Azərbaycan-Türkiyədostluğu çərçivəsində görülmüş işlərdən söz açmışdır. D.Menderes eyni zamanda, Türk dünyası ilə bağlıFederasiya tərəfindən planlaşdırılmıştədbirləri, o cümlədən Amasya Universitetinin də dəstəyilə “Türk Dünyası Sənədli Film Festivalı”, “Qorqud Ata Aşıqlar Karvanı” layihələribarədə məlumat vermiş, onların reallaşdırılmasının əhəmiyyətindən bəhs etmişdir.

 

 

G.Əfəndiyevabelə layihələrin ümumtürk mədəni irsininmühafizəsi, təşviqi və dünyaya tanıdılması və bütövlükdə Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş,Fondun Federasiya ilə əməkdaşlığa dair dəstəyini ifadə etmişdir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama