“Fəzail müəllimin səhhətində heç bir problem yoxdur. Sadəcə, istirahətə gedib. Tam istirahətdə olduğu üçün mətbuatda görünmür”.
Bu sözləri bir müddət öncə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyev bildirmişdi. O, bunları Fəzail Ağamalının səhhətinin pisləşməsinə dair mətbuatda gedən məlumatlara cavab olaraq demişdi.
Modern.az saytı E.Ağamalıyevlə yenidən əlaqə saxlayıb. O bildirib ki, atası Fəzail Ağamalı artıq Azərbaycandadır. Deputatın hansı ölkədə dincəldiyini öyrənmək istəsək də, Elçin Ağamalıyev bunu Fəzail Ağamalının özünün açıqlamağının daha məqsədəuyğun olduğunu vurğulayıb:
“Fəzail müəllim hazırda Azərbaycandadır və sizin suallarınızı cavablandıra biləcək”.
Günay RƏSULQIZI