Modern.az

Yasamalda evləri yanmış 16 köçkün ailəsi təmirli mənzillərə qaytarıldı

Yasamalda evləri yanmış 16 köçkün ailəsi təmirli mənzillərə qaytarıldı

Aktual

4 İyul 2017, 17:51

İyunun 7-də Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğının nəticələri tam olaraq aradan qaldırılıb.

Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məlumat verib.

Komitə rəsmisinin sözlərinə görə, yanmış binadakı mənzillər tam təmir olunub:

“Mənzillər əvvəlkindən qat-qat yaxşı vəziyyətdədir, təmir başa çatıb. Vətəndaşlar artıq öz evlərindədirlər”.

E.Qədimov deyib ki, dəymiş ziyana görə məcburi köçkünlərə birdəfəlik maddi yardım edilib:

“Yanğından sonra mənzilləri təmir olunan müddətdə onlara kirayə və müvəqqəti olaraq çörəkpulu təyin olunmuşdu. Həmçinin, yanmış ev əşyalarını yeniləmək üçün birdəfəlik maddi yardım verilib”.

 

Qeyd edək ki, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanmışdı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanğın baş verdikdən sonra yataqxanda olmuş, məcburi köçkünlərlə görüşmüşdü.

 

Gülşən RAUFQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama