Modern.az

Radikallığı təbliğ edən 39 kitabın ölkədə yayılmasının qarşısı alınıb

Radikallığı təbliğ edən 39 kitabın ölkədə yayılmasının qarşısı alınıb

Aktual

4 İyul 2017, 18:38

2017-cı ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə DQİDK-də cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

 

Bildirilib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama