“Azərenerji” ASC iyun ayı ərzində 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. “Azərenerji” ASC-dən Modern.az-a verilən məlumata görə, qurum tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.
Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
Modern.az