Modern.az

OANA AMAN-ın Baş Assambleyasının işində iştirak edir

OANA AMAN-ın Baş Assambleyasının işində iştirak edir

Aktual

4 İyul 2017, 21:08

Mərakeşin Atlantik okeanı sahillərində yerləşən kurort şəhərciyi Aqadirdə Aralıq Dənizi Ölkələri Xəbər Agentlikləri Alyansının (AMAN) 26-cı Baş Assambleyası işə başlayıb. Modern.az  xəbər verir ki, assambleyanın işində təşkilatın üzvü olan agentliklər, habelə müşahidəçilər, o cümlədən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) iştirak edir.

Tədbirdə OANA-nı onun baş katibi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edir.

Assambleyada müasir jurnalistikanın sosial şəbəkələr dövründə intellektual mülkiyyətin və müəllif hüquqlarının müdafiə olunması kimi aktual məsələləri müzakirə ediləcək. Tədbir iki gün davam edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama