Modern.az

Bakıda yaşayış binasında yanğın: 8 sakin təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın: 8 sakin təxliyyə edildi

Aktual

4 İyul 2017, 22:56

Bakıda yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner,  televizor və divan-kreslo yanıb. Yüksək temperaturdan  mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 kvadrat metr sahədə və hamamın lambirdən ibarət tavanı 6 kvadrat metr sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama