Modern.az

Ermənilərin qətlə yetirdiyi azyaşlı Zəhra və nənəsi Sahibə Quliyeva - FOTO

Ermənilərin qətlə yetirdiyi azyaşlı Zəhra və nənəsi Sahibə Quliyeva - FOTO

5 İyul 2017, 09:10

Dünən erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib.

Modern.az saytı virtualaz.org-a istinadən qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın fotosunu təqdim edir.


Xatıdladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. 



Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU