İyulun 5-də saat 00:29:56-da Zaqataladan 29 kilometr cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, zəlzələnin maqnitudası 3, dərinliyi 15 kilometr olub. Zəlzələ hiss olunmayıb.