Modern.az

Azərbaycanda daha bir ana ölümü baş verib

Azərbaycanda daha bir ana ölümü baş verib

5 İyul 2017, 13:08

Bakıda Qara Qarayev adına 7 saylı Doğum evində ana ölümü baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  Modern.az-a bildirib ki, Turanə Məmmədova iyulun 4-də xroniki hepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub:

“Həmin gün 12:30 qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3300 kq çəkidə diri oğlan uşağı dünyaya gəlib”.

 

Nazirlik rəsmisi deyib ki, qanaxma əməliyyatdan sonra başlayıb:

“Bütün lazımi reanimasiya tədbirləri görülüb. Amma buna baxmayaraq T.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb”.

Yaxınlarının həkim səhlankarlığı ilə açıqlamasına gəlincə, S.Əhmədova meyitin patoloji anatomik müayinəsinin aparıldığını deyib:

“Hazırda Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr barədə ictimaiyyətə məlumat evriləcək”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama