Modern.az

Müdafiə Nazirliyi: “Ermənistan cəzasız qalmayacaq”

Müdafiə Nazirliyi: “Ermənistan cəzasız qalmayacaq”

5 İyul 2017, 14:20

"Ermənistan qoşunları atəşkəsi pozmaqla vəziyyəti daim gərgin saxlamağa çalışırlar".

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

 

 Nazirliyin rəsmisi xatırladıb ki, ermənilərin açdığı atəş nəticəsində dünən gecə 2 nəfər həyatını itirib, bir yaralı xəstəxanaya çatdırılıb, onun həyati təhlükəsi yoxdur.

 

V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir.

 "Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini  aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdir. Bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

 

Nazirlik rəsmisi  bildirib ki, yanvar ayından bəri ermənilər atəşkəs rejimini təxminən 18000 dəfə pozublar. Nazirlik rəsmisinin sözlərinə görə, əsasən minaatanlardan və müxtəlif kalibrli digər iriçaplı silahlardan istifadə olunub.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama