Modern.az

Multikulturalizm.info saytı fəaliyyətə başladı

Multikulturalizm.info saytı fəaliyyətə başladı

16 İyun 2017, 23:05

Ölkəmizdə multikulturalizm istiqamətində görülən işlərin təbliğinə dəstək məqsədi ilə yeni internet resursu istifadəyə verilib. Modern.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən "Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Elşən Nağıyev bildirib ki, multikulturalizm.info saytı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Multikulturalizmin təbliğinə dəstək” layihəsi çərçivəsində yaradılıb.

Son illərdə Azərbaycan hökumətinin multikulturalizmlə bağlı həyata keçirilən tədbirlərindən danışan Elşən Nağıyev ölkəmizdə multikultural dünyagörüşünün inkişafından bəhs edib.

O, həmçinin, veb səhifədə Azərbaycanda yaşayan etnik xalqlar və dinlər haqqında ətraflı materiallar dərc ediləcəyini bildirdi.

Layihənin eksperti Taleh Əliyev də həyata keçirilən layihənin ölkəmizdə multikultural dəyərlərin inkişafına dəstək olacağını, həmçinin veb shifənin bu sahədəki fəaliyyətin cəmiyyətə çatdırılması baxımından əhəmiyyət kəsb edəcəyini bildirdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular