Modern.az

Toy yasa döndü - qətl törədildi  

Toy yasa döndü - qətl törədildi   

6 İyul 2017, 09:57

Qusar rayonunda qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində qeydə alınıb.

Kənddə keçirilən toy məclisində aralarında yaranan  mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib. 

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama