Kürd özünümüdafiə qüvvələrinin (YPG) komandiri Sipan Hemo Türkiyə ilə açıq hərbi toqquşma ehtimalından danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin hərbi hazırlığı müharibəyə başlamaq niyyətindən xəbər verir.
“Bu hazırlıq müharibə elanı səviyyəsinə çatıb və yaxın günlərdə real hərbi toqquşmalara səbəb ola bilər. Biz bu şəraitdə sakit durmaq fikrində deyilik”.
Bundan əvvəl, Türkiyə müdafiə naziri Fikri İşık Ankaranın Suriyanın Afrin bölgəsində yeni hərbi əməliyyatlara başlaya biləcəyini demişdi.
Vüqar İSMAYILOV