Modern.az

Bakıda qanunsuz sərnişindaşıma faktı aşkarlandı - FOTO  

Bakıda qanunsuz sərnişindaşıma faktı aşkarlandı - FOTO   

6 İyul 2017, 16:58

Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) daxil olan şikayətlər əsasında araşdırma aparılıb.
 

Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, araşdırmalarla Elzamin İsmayılzadə adlı şəxsin dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mersedes” markalı, sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərdiyi müəyyən edilib.

“Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir. Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz  sərnişindaşıma  fəaliyyəti  göstərməsini etiraf edib. Agentlik tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib”.

M.Ağyev qeyd edib ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələdə bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur:

 

“Bu kimi mikroavtobuslardan istifadə sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidi. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər”.

 

Gülşən RAUFQIZI

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama