Modern.az

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat vaxtı uzadıldı  

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat vaxtı uzadıldı   

6 İyul 2017, 17:21

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisəsində qeydiyyat müddəti Nazirlər Kabinetinin qərarına əsasən kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında uzadılıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a  verilən məlumata görə, bakalavrlar iyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

 

 

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

 

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama