"Belarus Azərbaycan üçün nəinki strateji partnyor, həm də yaxın, dost və qardaş ölkədir, ən əsası isə etibarlı tərəfdaşdır". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Belarusun milli bayramı münasibəti ilə keçrilən qəbulda deyib.
Y.Eyyubov bildirib: "Biz münasibətlərimizi qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qururuq. İki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir və bu, dövlət başçılarının apardığı düzgün və müdrik siyasətin nəticəsidir".
Modern.az