Modern.az

Cocuq Mərcanlıya köç DAVAM EDİR - FOTO  

Cocuq Mərcanlıya köç DAVAM EDİR - FOTO   

Aktual

9 İyul 2017, 10:16

Bu günə qədər 23 məcburi köçkün ailəsi öz doğma yurduna – Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdıb.

 

Bu barədə Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi XanlarZeynalov məlumat verib.

 

Kənd rəsmisi bildirib kiköç davam edir.

Ailələrin köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

 

Qeyd edək kibirinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama