Modern.az

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnaməni ləğv etdirdi - EKSKLÜZİV

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnaməni ləğv etdirdi - EKSKLÜZİV

9 İyul 2017, 12:45

ATƏT PA-nın bu gün keçirilən yekun iclasında isveçrəli deputat tərəfindən təklif edilən “Şərqi Avropada situasiya”adlı qərəzli qətnamə layihəsi Azərbaycan nümayəndə heyətinin digər ölkələrin nümayəndələrlə apardığı birgə iş nəticəsində səsverməyə qoyulub.

 

Bu barədə Modern.az-a ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili məlumat verib.

 

Nümayəndə heyətinin üzvü qətnamənin qəbul edilmədiyini bildirib:

“Elə indicə ATƏT PA-nın 26- cı illik sessiyasının son iclasında yekun bəyannamə səsə qoyuldu. İsvec nümayəndəsi Kristian Xolmsun hazırladığı və İnsan hüquqları komitəsində müzakirə zamanı ziddiyyətli şəkildə qəbul olunmuş qətnamə layihəsi səsvermə nəticəsində rədd edildi”.

 

O, deyib ki, Azərbaycan nümayəndə heyətinin digər həmkarlarla birgə işi öz səmərəsini verdi:

“ATƏT PA-nın tarixində ilk dəfə baş verən bu hadisədə Azərbaycan nümayəndə heyətinin apardığı iş çox böyük əhəmiyyət kəsb edir”.

 

Qeyd edək ki, ötən gün qəbul edilən Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” yer alıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama