Modern.az

Azərbaycanlı deputatın hazırladığı qətnamə ATƏT PA-da qəbul edildi  

Azərbaycanlı deputatın hazırladığı qətnamə ATƏT PA-da qəbul edildi   

10 İyul 2017, 11:31

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə,  T. Mirkişili bildirib ki, qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.

İclasda çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu qeyd ediblər.

 Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunub.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama