Penitensiar xidmətin Baş idarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Belə ki, Cinayət Məcəlləsinin 177.2.3; 66.5; 66.3; 204.1 və 67.1-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tağıyev Elçin Nurəddin oğlu ilə uzunmüddətli görüşə gəlmiş anası Ucar şəhər sakini Tağıyeva Lalə Ata qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib.
Onun əl çantasının cibinin astarında xüsusi üsulla gizlədilmiş 6.144 qram marixuana və 0,218 qram heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.
Gülşən RAUFQIZI