Modern.az

Gilas ağacından yıxılan qadının əri də öldü

Gilas ağacından yıxılan qadının əri də öldü

Aktual

10 İyul 2017, 11:34

İyulun 9-da Xaçmazın Müzəffəroba kəndində gilas ağacından yıxılıb ölən 50 yaşlı Fatimə Novruzovanın gilas ağacından yıxılıb ölməsi ailədə yeni faciəyə yol açıb.

 

Modern.az-ın İstiPress-ə istinadən məlumatına görə, Bu gün səhər saatlarında qadının həyat yoldaşı, 61 yaşlı Mahmud Lətif oğlu Novruzovun yaşadığı evdə ürəyi partlayıb ölüb. Ailə üzvləri, qohumlar, kənd sakinləri səhər tezdən mərhum Fatimə Novruzovanın qəbri üstünə getməyə hazırlaşırmış. Mahmud Lətifov qohumuna özünü pis hiss elədiyini deyib və ürəyini tutub. Ailə üzvləri dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasından təcili yardım çağırıblar, dərhal gələn həkim briqadası Mahmud Novruzovun öldüyünü deyiblər.

 

Hadisə yerinə Xaçmaz prokurorluğu və polis şöbəsinin əməkdaşları gəlib, prokurorluq əməkdaşları hadisə yerini müayinə ediblər. Hazırda Xaçmaz prokurorluğu 61 yaşlı Mahmud Lətifovun arvadının ölümünə dözməməsi səbəbindən intihar edib etməməsi versiyasını araşdırır.

 

Əldə etdiyimiz məlumata görə, Mahmud Lətifov DİN-ninBaş Mühafizə İdarəsinin Su kəmərlərinin Mühafizəsi Alayının polis nəfəri olüb, təqaüdə çıxıbmış. O dünəndən Fatiməsiz yaşaya bilməyəcəyini, onsuz həyatının mənasının olmayacağını deyirmiş. Həqiqətən də yaşaya bilmədi. Ehtiyatsızlıqdan meyvə ağacından yıxılıb ölən Fatimə Novruzovanın həyat yoldaşı Mahmud Lətifov onsuz cəmi bir gün yaşaya bildi. Onların qızı ailə qurub, oğlu isə 25 yaşındadır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama