Avstriya hökuməti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəyə girişinə qadağa qoyub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zeybekçi Türkiyədə dövlət çevrilişinin ildönümünə həsr olunmuş tədbirə qatılmaq üçün Vyanaya gəlirdi.
“Təsdiq edə bilərik ki, xarici işlər naziri Sebastyan Kurts türkiyəli həmkarına ölkəmizə səfər etməsinə qadağa qoyub”.
Vüqar İSMAYILOV