Modern.az

Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrindən danışdı  

Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrindən danışdı  

10 İyul 2017, 12:06

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI siniflərin bu il keçirilən buraxılış imtahanlarının nəticələrindən danışıb. Modern.az xəbər verir ki. jurnalistlərə açıqlamasında DİM sədri nəticələrin təxminən ötən ilki səviyyədə olduğunu qeyd edib.

IX siniflərin builki buraxılış imtahanlarının nəticələrinə gəlincə, M.Abbaszadə bunu ötənilkindən fərqli olduğunu söyləyib. “IX siniflərin builki buraxılış imtahanları forma və məzmun baxımından ötənilki imtahanlardan fərqlənir. Çünki bu il imtahanlar iki mərhələdən ibarət olub. Biz yalnız bu ilki IX sinif buraxılış imtahanının ikinci mərhələsinin nəticələrini ötən illə müqayisə edə bilərik. İmtahanın birinci mərhələsini isə ötən ilki imtahanla müqayisə etmək mümkün deyil, çünki keçən il belə bir imtahan keçirilməyib".

M.Abbaszadə deyib ki, IX sinif buraxılış imtahanlarında yalnız testlərin nəticələri ötən illə müqayisədə ciddi dəyişməyib.


Xatırladaq ki, birinci mərhələdə IX sinif şagirdlərinə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazıblar.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilib.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama