Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbulla əlaqədar çoxdan gözlənilən imtahanların başlanma vaxtını açıqlayıb.
Modern.az xəbər verir ki, jurnalistlərin suallarının cabalandıran DİM sədri deyib ki, əvvəlcə dövlət qulluğuna qəbulla əlaqədar sınaq imtahanları və təlim prosesi keçiriləcək ki, bu işlərə sentyabrdan başlanılacaq.
Dövlət qulluğuna qəbul üçün yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur.
Modern.az