Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.
Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı Sərəncamlarvə bu sahəyə göstərilən dövlət dəstəyi barədə geniş məlumat verib, ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan RespublikasındaKənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin önəmini vurğulayaraq FAO ilə gələcək əməkdaşlığı bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson bu beynəlxalq təşkilat ilə qurulmuş yüksək səviyyəli əməkdaşlığa görə minnətdarlığını bildirərək bu əməkdaşlığın gələcəkdədə qarşılıqlı maraqlar çərçivəsində inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş Direktorun müavini Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində son illərdə qazanılan uğurlardan məmnunluğunudiqqətə çatdıraraq qısa zaman kəsiyində bü cür dinamik inkişafın böyük səylər və gərgin iş sayəsində əldə olunduğunu qeyd edib.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq perpektivləri və prioritet istiqamətlər üzrə icrası nəzərdə tutulan layihələr barəsində geniş fikir mübadiləsi aparılıb.
Modern.az