Modern.az

“Böyük İpək Yolu” YUNESKO-nun forumunda təmsil olundu

“Böyük İpək Yolu” YUNESKO-nun forumunda təmsil olundu

10 İyul 2017, 14:16

Böyük İpək Yolu( BGi) -nun baş katibi Aytən Əliyeva iyunun Polşanın Varşava və Krakov şəhərlərində YUNESKO–nun Dünya İrsi üzrə Komitəsinin 41- ci sessiyası çərçivəsində “YADDAŞ- İtirilimiş və Bərpaolunan İrs” mövzusunda həyata keçirilən Gənc Mütəxəssislərin Dünya İrsi Forumunda iştirak edib.

 

Tədbir YUNESKO – nun Dünya İrsinin öyrənilməsi proqramı və Polşanın YUNESKO üçün Milli Komissiyası və Mədəniyyət və Milli İrs nazirliyi tərəfindən həyata keçirilib. Tədbirdə dünyanın bütün qitələrini təmsil edən 32 gəncmütəxəssis iştirak edib. Forum çərçivəsində iştirakçılar Varşava YUNESCO mədəni və tarixi mərkəzlərində məlumat turunda və işçi qruplarda müxtəlif seminarlarda iştirak edib, Dünya İrsi Komitəsinin Gənclər Modeli üzrə də təcrübə toplayıblar. YUNESKO Dünya İrsi Mərkəzinin direktoru xanım Mechtild Rösslerlə görüşdə Azərbaycanı forumda təmsil edən Aytən Əliyeva Ermənistanın Azərbaycana təcavüzü, Qarabağın işğalı nəticəsində bir çox tarixi, mədəni abidələrin dağıdıldığını qeyd edib.

 

Bildirib ki, YUNESKO-nun konflikt və müharibə regionlarındakı irsi qorumaq üçün xüsusi mexanizmi olmalıdır. Aytən Əliyeva Dünya İrsi üzrə Komitəyə üzv ölkə olaraq gələcəkdə forumun ölkəmizdə keçirilməsini və ermənilərin Qarabağda dağıdıb məhv etməyə çalışdığı abidələrimizə peşəkar gənclərin qiymət verməsi və mənfur addımların təbliği baxımından önəmli olduğunu vurğulayıb.

 

Foruma növbəti ildə ev sahibliyi edəcək ölkə sessiya ərzində müəyyən olacaqdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama