Sərxoş vəziyyətdə olan piyada Bakı-Qazax magistral avtomobil yolunda hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Modern.az xəbər verir ki, sürət həddi 120 km/saatda yola çıxan piyada sürücülərə çətin anlar yaşadıb. Yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücülərin bəzisi avtomobil yolundan çıxıb, bəzisi sürət həddini azaltmalı olub.
Həmin hadisəni sürücü Buxsayev Hacı Mürsəl oğlu avtomobilində olan videomüşahidə cihazının (registratorun) yaddaşına köçürərək "Bizim Yol”a göndərib.
Modern.az