Modern.az

Neft 0,7 faiz bahalaşdı

Neft 0,7 faiz bahalaşdı

10 İyul 2017, 23:56

Dünya neft qiymətləri bu həftəyə artımla başlayıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, buna Liviya və Nigeriyanın OPEK Nazirlər Komitəsinin iclasına dəvət edilməsi səbəb olub.

Brend markalı neftin qiyməti bu gün səhər saatlarında 0,73 faiz qalxaraq bir barrel üçün 47,05 dollara bərabər olub.

Qeyd edək ki, ötən həftə sonu neft qiymətləri hərracda 3 faizədək azalmışdı.

OPEK sazişinin icra olunmasının monitorinqi üzrə Nazirlər Komitəsinin iclası iyulun 24-ü Sankt-Peterburqda keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama