Albaniya diktatoru Ənvər Xocanın nəvəsi Ermal Xoca 10 il müddətinə azadlıqdan məhrum olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Cənubi Amerikadan Avropaya kokain daşımaqla məşğul olub.
Hökm Tirana məhkəməsi tərəfindən verilib. Prokurorluq ona 13 il həbs tələb edirdi.
42 yaşlı Xoca 2015-ci ilin yanvarında həbs olunmuşdu. Onun babası Ənvər Xoca 1944-1985-ci illərdə Albaniya diktatoru olub.
Vüqar İSMAYILOV