“Al-Jazeera” telekanalının bağlanması üçün BMT-yə müraciət edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyi BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə müraciət ünvanlayıb.
Məlumata görə, sənəddə bir sıra ərəb dövlətinin "Al-Jazeera" telekanalının bağlanılmasına dair tələbi dəstəklənir. Həmçinin, vurğulanır ki, söz azadlığı ekstremizmin müdafiəsi və haqlı çıxarılması üçün istifadə edilə bilməz.
Modern.az