Modern.az

Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir? - SORĞU  

Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir? - SORĞU   

13 İyul 2017, 11:59

İyulun 4-də Qarabağda – Füzulinin Alxanlı kəndində mülki əhalinin atəşə tutulması, 2 nəfər dinc sakinin ölümü işğalçı Ermənistanla Azərbaycan arasında vəziyyəti daha da gərginləşdirdi. Ermənistan həmişəki kimi bu təxribatla danışıqlar prosesini pozmağa cəhd etdi. Amma beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin məsələyə fərqli yanaşması Ermənistanı danışıqlar masası arxasında əyləşməyə məcbur etdi və iyulun 11-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəsiçiliyilə iki ölkənin xarici işlər nazirləri görüşdülər. Bu danışıqların yekununda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində növbəti görüşünün təşkil edilməsi barədə razılaşma əldə olunub.


Alxanlı hadisəsindən sonra Azərbaycan ictimaiyyəti bir daha birlik nümayiş etdirdi. Baş vermiş bu faciə sanki 2016-cı ilin “Aprel hadisələri”ni təzələdi.
.. Hiddətlənmiş Azərbaycan əhalisi “Aprel hadisələri” dövründəki kimi danışıqların dayandırılmasını tələb edərək, qisas almaq üçün müharibə istədiklərini bildirdilər.

Modern.az saytının növbəti sorğusu da Qarabağ danışıqları barəsindədir... “Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?”


Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər.

“Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?”

- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir;

- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır;

- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır;

- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır;

- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...