Modern.az

Perunun sabiq prezidenti və xanımı həbsə alınır

Perunun sabiq prezidenti və xanımı həbsə alınır

14 İyul 2017, 09:22

Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar.

Trend-in məlumatına görə, məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının konkret olaraq cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.

Sabiq Peru prezidentinə qarşı sürülən ittihamlara gəlincə, o, hakimiyyətdə olarkən 2006 və 2011-ci illərdə Peru Milli Partiyasının seçkiqabağı kampaniya zamanı maliyyələşmə üçün "Odebrecht" tikinti şirkətindən, "OAS" firmasından, eləcə də Venesuela hakimiyyətindən pul almaqda ittiham olunur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal