Modern.az

“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

14 İyul 2017, 14:29

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Modern.az xəbər verir ki,  püşkatma  nəticəsində "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.

Belə ki, “Qarabağ” Gürcüstan "Samtredia"komandasına qalib gəldiyi təqdirdə , "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşlərində "Qarabağ" rəqibinə 5:0, "Şerif" isə "Kukesi"ni 1:0 hesabı ilə qalib gəlib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...