Modern.az

Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu

Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu

14 İyul 2017, 15:10

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

 

Modern.az xəbər verir ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

 

Gürcüstanın "İntellekti" nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi MananaBostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

 

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tiflisdə keçiriləcəyi gözlənilir.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal