Modern.az

Bakıda vəhdət namazı qılındı

Bakıda vəhdət namazı qılındı

15 İyul 2017, 12:40

Bu gün Bakıda Heydər məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

Modern.az-ın məlumatına görə, mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna "Yasin" oxunması ilə başlayıb.

Sonra vəhdət namazı qılınıb. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaza qoşulublar.

Heydər məscidinin dini rəhbəri Hacı Sabirin rəhbərliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal