Modern.az

Bakı-Sumqayıt yolunda böyük TIXAC

Bakı-Sumqayıt yolunda böyük TIXAC

15 İyul 2017, 13:40

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb.

 

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında deyib ki, Ekologiya postuna çatmamış 200-250 metr məsafədə  yolun əsaslı təmir-tikinti işlərinin başa çatmasına çox az müddət qaldığından orada sıxlıq yaşanır.

 

Həmçinin Biləcəri yolunda asfaltlanma işləri aparılır. Bu səbəbdən avtomobillərinin hərəkət istiqaməti dəyişdirilib və  sürücülər əsas yoldan istifadə etməyə məcburdur. Ona görə Bakı-Sumqayıt şosesinin hər iki istiqamətində sıxlıq yaranır.

 

Şöbə rəisi bildirib ki,  tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal